Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
XOCALININ 8 YAŞLI DÜNYA ÇEMPİONU

0

  •         “Xocalının səsi” qəzetində rayon sakinlərinin, o cümlədən gənclərin uğurlarını sevinc və fərəh hissi ilə yazıram. Xocalı idmançılarının nailiyyətləri hər birimizi sevindirir. Ayrı-ayrı rayonlarda məskunlaşmış Xocalı idmançılarının uğurları bəzən başqa rayonlarımızın adına yazılır. Xocalı rayon Gənclər və İdman İdarəsinin hesabat arayışlarından və digər mənbələrdən rayon gənclərinin müxtəlif sahələrdə ürəkaçan nailiyyətlərinin xəbərini alır və qəzetimizin səhifələrində işıqlandırırıq. Bununla bərabər, sosial şəbəkələrin fəaliyyətindən istifadə edərək redaksiyamızla əlaqə saxlayan rayon sakinlərini dinləmək, onların arzu və istəklərini, uğurlarını qəzetimizdə işıqlandırmaq bizim borcumuzdur.
            Bir müddət əvvəl redaksiyamızla əlaqə saxlayan Xocalı rayon Cəmilli kənd sakini Abbasov Nəriman sevincini bizimlə bölüşdü. Onun övladının yaşı kiçik olmasına baxmayaraq, böyük nailiyyətlər əldə edərək gələcəyin güclü idmançısı olduğunu sübut etdirir.
            Abbaslı Abbas Nəriman oğlu 12 dekabr 2011-ci ildə Bakıda doğulub. O, 2 ilə yaxındır ki, karatenin Jiyutaido və Kyokişin növü üzrə məşğul olur.
            Abbas Abbaslı 14 fevral 2019-cu ildə İranda keçirilən Jiyutaido üzrə Asiya Çempionatında qızıl medal qazanıb. 04 may 2019-cu il tarixdə Azərbaycanda keçirilən Kyokişin üzrə IV dünya kubok yarışında öz yaşıdları arasında I yerə nail olaraq dünya kubokunun və qızıl medalın sahibi olub. Bu nailiyyətlər cari ilin nailiyyətləridir. Ümumilikdə indiyədək 10 medalla təltif edilib. Onun uğurlar əldə etməsində müəllimi Faiq Xosrovlunun əziyyəti böyükdür. Faiq Xosrovlu dünya kubokunun sahibi, I dan qara kəmər ustasıdır.
            İnanırıq ki, Abbas Abbaslının parlaq uğurları hələ qarşıdadır.
            Abbasın atası söhbət əsnasında Cənab Prezidentimizin idmana göstərdiyi diqqət və qayğıdan da söz açdı. Bildirdi ki, bu diqqət və qayğının nünumənəsidir ki, onun övladı həvəslə yarışlara qatılır, nailiyyətlər əldə edir.

    Qalib BƏYMƏMMƏDOĞLU




















    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi5 il öncə
    İzlənib48 dəfə
    XOCALININ 8 YAŞLI DÜNYA ÇEMPİONU

    Maraqlı gələ bilər
    72
    99
    389